SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyyatları açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, AMB-nin sentyabr ayı üzrə sərəncamında 7 mlrd. 44,2 mln. dollara düşüb. Bu göstərici avqust ayındakı vəsaitlərdən 271,2 mln. dollar və ya 3,71% azdır. 
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyyatları sonuncu dəfə 2011-ci ilin noyabr ayında bu səviyyəyə enmişdi. 
 
AMB-nin fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.

Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:

dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
nağd pul dövriyyəsini təşkil edir;
pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.
 
Şahin Həbibov
BAKU.WS