SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tarif Şurası Aİ-92 markalı benzinin qiymətini qaldırdıqdan dərhal sonra taksi xidmətlərinin qiymətlərində də artım müşahidə olunur.

BAKU.WS Bakıda fəaliyyət göstərən taksi xidmətlərinin qiymət artımından əvvəl və sonrakı gediş haqları ilə maraqlanıb.

Məlum olub ki, taksi xidməti ilə məşğul olan şirkətlər bu gündən etibarən qiymətlərdə artım 0.60 - 2 manat arasında dəyişir.

"Elit Taxi” xidməti sərnişini Suraxanı rayonu İcra Hakimiyyətinin yanından Qaradağ rayonu, Sahil qəsəbəsi, Heydər Əliyev parkının yanına ötən gün 20,40 manata aparırdısa, bu gün 22,50 manata aparır.

Eyni məsafəni "Salam Taxi” xidməti 18,60 manat, "Taxı*9111” 21 manata aparır.

Xatırladaq ki, Tarif Şurasının ötən gün keçirilən iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik (0,20 qəpik bahalaşıb – red.) səviyyəsində təsdiq edib.
 
Saməddin Mehralıyev 
BAKU.WS