5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Azərbaycan Beynəlxalq Bankının mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi sistemin texniki yenilənməsinə başlayır.

AzeriCard-dan BAKU.WS-ə verilən məlumata görə, planlaşdırılmış yenilənmə işləri ilə əlaqədar olaraq, oktyabrın 15-dən 16-na keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 00:00-dan 06:00-a qədər dayandırılacaq.

Qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar keçməyəcək. 
 
AzeriCard müvəqqəti narahatçılığa görə üzr istəyir.
 
ŞAHİN Həbibov
BAKU.WS