VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan aprel ayının əvvəllərindən bu günə qədər sutkada 693 min barrel neft ixrac edib.
 
Bu sözləri BAKU.WS-ə neft üzrə ekspert İlham Şaban deyib.

Ekspertin sözlərinə görə, faktiki olaraq əgər 1 dollar qiymətdə fərq edirsə, bu da o deməkdir ki, 690 min dollar gəlirimiz azalır və yaxud da arta bilər:
"Gündəlik ixrac 690 min barreldir. Bunu da tam itki kimi adlandırmaq olmaz. Çünki neftin qiyməti gündəlik dəyişir, yəni standart qiymət də qalmır. Məsələn, bu gün dünənə nisbətən neftin qiyməti 1 dollar azalıb. Dünən 50 dollara satmışdıqsa, bu gün isə 49 dollara.
 
Təbii ki, neftin qiymətinin 1 dollar ucuz satılması dünənə nisbətən gəlirimizin azalmaslının göstəricisidir. Qiymətinin gündəlik dəyişməsinə görə də, bunu itki kimi adlandırmaq olmaz. Bu, yalnız qiymətin korreksiyasıdır. Ümumilikdə, "Azərilayt" markalı neft 1 ay ərzində gündəlik hansı qiymətə satılarsa, o zaman həm itkini, həm də artımı müəyyənləşdirmək mümkündür”, - deyə ekspert vurğulayıb.
 
Gülnarə Eynullaqızı
BAKU.WS