Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bununla bağlı M.Cabbarov rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
"İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik:
• İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması;
• İşgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;
• Ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqi".

Oxşar xəbərlər
Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru ilə görüşüb: Əməkdaşlıq genişləndirilir - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkəmizdə səfərdə olan Sankt-Peterburq nümayəndə heyəti ilə görüşündə, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federas...