Nazir: 2030-cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

Nazir: 2030-cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək
İqtisadiyyat 34

2030-cu ilin sonunadək ümumi gücü 2700 meqavat olan külək-günəş elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində ildə 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu həcmlərin nəqli üçün Cənub Qaz Dəhlizi də daxil olmaqla, bölgədəki nəql infrastrukturlarının ötürücülük gücünün artırılması və zəruri zəmanətlərin təmin olunması vacibdir. Nazir, həmçinin son 30 il ərzində karbohidrogenlərin qlobal enerji balansında payının təxminən 5 faiz dəyişməsinə istinad edərək bildirib ki, alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır.

"Neft-qazın mühüm rolunun gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahənin maliyyələşdirilməsi təxirə salınmamalı, enerji mənbələri, resursları, ticarət yolları və təchizat zəncirlərinin diversifikasiyası daim prioritet olmalıdır. İndi investorlar üçün aydın və proqnozlaşdırıla bilən, eyni zamanda, real və praqmatik siyasətlərin həyata keçirilməsi üçün ən münasib zamandır",- deyə P.Şahbazov bildirib.

Nazirin çıxışı zamanı qaz tədarükünün perspektivləri xüsusunda hazırda işlənməkdə olan beş layihə, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində TPAO, "Exxon Mobil Corporation", MOL, ITOCHU və "Gran Tierra Energy" şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədləri diqqətə çatdırılıb.

Son xəbərlər