SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Süni İntellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ilə əməkdaşlıq etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Azərbaycana rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün X hesabında qeyd edib.

“74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO - red.) baş direktoru Salim Almaliklə görüşdük. Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə, o cümlədən süni intellekt sahəsində ICESCO ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”-nazir vurğulayıb.

BAKU.WS