SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Mərkəz Bankının (Fed) faiz artımına gedəcəyi ehtimalı, İraq və Suriyada müharibənin daha da şiddətlənəcəyi ilə bağlı artan geosiyasi risklər dolları bahalaşdırır. 
 
BAKU.WS-in məlumatına görə, Fed-in faiz qərarı ilə bağlı iclasına sayılı günlər qala dollar əhəmiyyətli pul vahidlərini təzyiq altında saxlayıb. Bununla yanaşı, Türkiyədə gedən son proseslər dolların türk lirəsinə nisbətdə sürətlə bahalaşmasına gətirib çıxarıb. Hazırda ABŞ dolları 3,1056 lirəlik tarixi zirvəyə çatır. 
 
ABŞ milli valyutası manat qarşısında da təzyiqini artırmaqdadır. Belə ki, Blumberq ticarət sistemində USD/AZN cütlüyü ötən gün 1,6572 səviyyəsindən bu gün artaraq 1,6778 səviyyəsinə çatıb. Dollar ticarət sistemində sentyabrın 7-dən bu yana ilk dəfədir ki, manat qarşısında bu qədər möhkəmlənib.
 
Şahin Həbibov
BAKU.WS