Azərbaycanda banklar kreditlərin verilməsi şərtlərini çətinləşdirəcək. 
 
Mərkəzi Bankın yeni şərtlərinə görə, indi kreditin verilməsi zamanı bankın müştərisinin kredit kartının olub olmadığı diqqətlə yoxlanılacaq. Bu zaman müştərinin bankın köhnə və ya yeni müştəri olması faktı nəzərə alınmayacaq.
 
Banklar problemli kreditlərin miqdarını azaltmaq məqsədilə belə radikal addıma getməyə məcbur olublar. Bəzi banklar kredit kartlarını pulsuz paylayırdı. Hazırda kredit almaq istəyən müştəri həmin kartlardan imtina etməlidir. 

Qeyd edək ki, ölkədə təxminən 2 milyon kredit kartı istifadəçisi var. 

Yeni şərtlərə görə, vətəndaş istəyindən asılı olaraq krediti almaq, başqa banka aid kredit kartını bağlamalı olacaq. Mütəxəssislərin fikrincə, yeni şərtlər kredit verilməsi prosesində ciddi hiss olunacaq.
 
xezerxeber.com
BAKU.WS