Bu gün səhərə manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından BAKU.WS-ə verilən məlumata görə, 14.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5120 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, ötən gün USD/AZN rəsmi məzənnəsi 1,5114 səviyyəsində olub. Qeyd edək ki, Azərbaycanda 2-ci devalvasiyadan sonra manat dollara nisbətən 1,49-dək dəyər qazanmışdı. Lakin görünən odur ki, bu mərhələ artıq geridə qalıb. Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir.

Bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir.
 
Amma hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq.

Neftin ucuzluğu cari əməliyyatlar hesabının saldosunu zəiflədir. Hələ bir müddət valyuta ehtiyatları azalacaq, milli valyuta təzyiq altında qalacaq.
 
BAKU.WS