Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı bir elektron xidmətinin növbəti statistikası bəlli olub.

 
BAKU.WS-in RYTN-ə istinadla verdiyi məlumata görə, ənənəvi olaraq "Elektron hökumət” portalında nazirliyin ən çox istifadə olunan e-xidmətlərindən olan "Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.
 
Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun "IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.
 
Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün "Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.
 
BAKU.WS