VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank BTB İdarə Heyətinə yeni təyinatla uğurlu inkişaf strategiyasını davam etdirir. Belə ki, Kamran Vaqif oğlu Quliyev bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2007-ci ildə bank sektorunda fəaliyyətə başlayan Kamran Quliyev 14 illik iş təcrübəsində müxtəlif vəzifələrdə çalışmış, Bank BTB-nin “Sənaye” filialının müdir müavini vəzifəsindən Bank BTB-nin Baş direktoru vəzifəsinə qədər yüksəlmişdir.

Beləliklə, yeni təyinatla Bank BTB-nin İdarə Heyətinin tərkibi 5 nəfərə çatmışdır.

Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bankın məhsul və xidmətləri haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat Mərkəzinə, www.btb.az rəsmi saytına və ya bankın "Facebook" (www.facebook.com/bankbtb) və "Instagram" (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edərək məlumat ala bilərlər.

BAKU.WS