SOCAR "Aİ-95" benzininin bahalaşmasının səbəbini AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda "Aİ-95" markalı benzin markalarının bahalaşmasına münasibət bildirərkən deyib.
İ.Əhmədov bildirib: "Dizel və "Aİ-92" benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. "Aİ-92" və dizel yerli istehsal olduğundan, qiymətləri dövlət tərəfindən təyin olunur, "Aİ-95" və "Aİ-98", yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir".
Oxşar xəbərlər
Qiymət artımının qarşısını almaq üçün tədbirlər görüləcək - AÇIQLAMA
Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomo...