SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda taxıl biçini mövsümünə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən BAKU.WS-ə verilən məlumata əsasən, bu il ölkədə 986 min 685 hektar sahədə payızlıq taxıl əkini aparılıb.

Bildirilib ki, əkin sahələrinin 611 min 967,3 hektarını buğda, 374 min 717 hektarını isə arpa sahələri təşkil edir. Hazırda Azərbaycanın 27 rayonunda arpa biçini davam edir.

İyunun 1-nə olan operativ məlumata görə, artıq 19 min 666 hektar sahədə biçin aparılıb. Sahələrdən indiyədək 54 min 600 ton məhsul yığılıb. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edir.

Ən çox biçin ənənəvi olaraq mövsümə ilk start verən Neftçala rayonunda aparılıb - 8 045 hektar. Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında biçin aparılmış sahə min hektardan artıqdır.

Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 1-nə olan operativ məlumata görə, biçin prosesinə 856 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 289, fiziki və hüquqi şəxslərin isə 429 kombaynı iştirak edir. Hazırda taxıl biçini davam edir.

BAKU.WS