120 milyon insan turizm sahəsində işini itirə bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyasının qəzəbinə uğrayan sahələrdən biri də turizm sahəsidir. Dünyada turizm sahəsində 120 milyon işçi koronavirus pandemiyasına görə tətbiq edilən qadağalar səbəbindən işsiz qala bilər.
Birləşmiş Millətlər Təşkilatının baş katibi bu dəfə məhz bu sektorun fəaliyyətinə toxunub və pandemiyanın vurduğu maddi ziyandan danışıb:
"Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarıdan çox, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir"
Bu sahədə dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun yüz milyonlarla insana qazanc gətirdiyini qeyd edib.
BMT baş katibi turizm sektorunun bərpa olunması zamanı sosial ədalət, ictimai təhlükəsizlik, ətraf mühitinin mühafizəsi kimi məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb:
“Turizm sektorunu yenidən qurmağımız vacibdir. Ancaq bu təhlükəsiz, bərabər və iqlimə uyğun bir şəkildə olmalıdır”.
Baş katib turizmə yardım məqsədilə beş prioritet məsələnin həllini vacib hesab edib. Bunlar böhranın sosial-iqtisadi təsirlərini azaltmaq, davamlılıq yaratmaq, turizm sektorunda texnologiyanın istifadəsini maksimum dərəcədə artırmaq, yaşıllığı böyütmək və dəstək verən əməklaşlıq əlaqələrinin gücləndirilməsindən ibarətdir.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Pandemiya və iqtisadi məhdudlaşmalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir”
İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üç...