Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə yükdaşımaya başlanılır - FOTO

06
may
2021
22:17
Ölkəmizdə inşa edilən “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.
Bu barədə BAKU.WS-ə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir.
İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsiylə 40 ağırtonnajlı avtomabil (TIR), 19 minik maşını və 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır.
Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Türkiyədən Çinə gedən ilk ixrac qatarı Bakı Limanına çatıb
Türkiyədən Çinə gedən ilk ixrac qatarı dekabrın 10-da Bakı Limanına çatıb. BAKU.WS xəbər verir ki, dekabrın 4-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Tü...
