SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 21-də 65,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel çoxdur.

BAKU.WS