1% heç kimin gözünə görünməyəcək – RƏY

1% heç kimin gözünə görünməyəcək – RƏY
İqtisadiyyat 1735

 

Vergilər naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə ediləcək dəyişikliklər haqda məlumat verib. İqtisadçı ekspert Rəşad Əliyev vəsaitlərin nağdlaşdırılması zamanı tətbiq olunacaq qaydalara aydınlıq gətirib.

Fins.az-a bildirib ki, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bank hesablarından nağd pul vəsaitlərinin çıxarılmasına görə 1% sadələşdirilmiş vergi ödəyəcək. Məsələn, müəssisə əvvəllər bank hesabından nağd qaydada pul çıxaranda ancaq bank xidməti ödəyirdisə (bankdan və müştəridən asılır olaraq müxtəlifdir, əsasən 0,4 - 0,6%) bundan sonra əlavə olaraq çıxarılan vəsaitin 1%-i məbləğində sadələşdirilmiş vergi ödəyəcək.

Misal üçün, əgər müəssisəyə nağdlaşdırmada əvvəl 0,5%-ə (bank xidmətidir, fərqli də ola bilər) başa gəlirdisə, bundan sonra 1,5% olacaq. Bəs, məqsəd nədir?

Nazir qeyd edib ki, dəyişiklik nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, likvidliyin təmin olunması, pul dövriyyəsinin tənzimlənməsi, əmək haqqı və digər ödənişlərin leqallaşdırılmasına xidmət edəcək. Bunun müsbət nəticə verəcəyinə Bgəlincə, ekspert hesab edir ki, bu tədbirlər bankların qısamüddətli dövrdə maliyyə vəziyyətlərinin yaxşılaşmasına təsiri sual altındadır:

"Nağdlaşdırma hesabına banklar onsuzda yaxşı pul qazanırdılar. Digər tərəfdən banklara inam o qədər azalıb ki, 1% heç kimin gözünə görünməyəcək”. R.Əliyevin sözlərinə görə, bank sisteminin sağlam durumunda həmin addımın effekti daha çox olardı. Lakin o, kompleks tədbirlər çərçivəsində nağdlaşdırılmaya qoyulan yeni şərtlərin effektli ola biləcəyini də istisna etməyib.

"Ancaq yalnız bu formada vergi tətbiq etməklə nəticə gözləməyə dəyməz. Bunun yeganə müsbət effekti vergi yığımlarının artırılması olacaq. İl ərzində ölkəmizdə sahibkarlıq subyektləri milyardlarla manat pul nağdlaşdırır. Onlara 1% sadələşdirilmiş verginin tətbiqi on milyonlarla manat vergi yığımı deməkdir”, söyləyən ekspert addımın uzunmüddətli müsbət təsirinin mütləq yaxşı nəticə verəcəyinə əminliyini vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər