Xərçəngə qalib gələn məşhur teleaparıcı ona qoyulan səhv diaqnozlardan danışıb
Məşhur britaniyalı teleaparıcı Culiya Bredberi iki səhv diaqnozdan sonra döş xərçəngi olduğunun aşkarlaması ilə bağlı narahatedici hekayəni paylaşıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, məşhur sinəsində şişin aşkarlanması ilə başlayan düzgün diaqnoza apardığı yoldan danışıb.
O bildirib ki, mütəxəssislər iki mamoqramma aparmasına baxmayaraq, səhvən şişi xoşxassəli kimi təsnif ediblər.
"Yalnız üçüncü dəfə həkimə gəldiyim zaman o, birdən təklif etdi ki, bəlkə səni buraxmamışdan əvvəl ultrasəs müayinəsi edək", - deyə teleaparıcı hekayəsində həlledici məqamı bölüşüb.
"Döş xərçəngini aşkar edən ultrasəs idi" deyərək Bredberi əlavə edib. Aparıcı qeyd edib ki, vaxtında aparılan ultrasəs onu daha ağır müalicə prosesindən xilas edə bilərdi.
Teleaparıcı vurğulayıb ki, döşlərin sıx quruluşuna görə mammoqrafiya effektsiz müayinə üsuludur. "Ultrasəs sıx döşlərdə daha yaxşı işləyir.
Oxşar xəbərlər
İranın 600 milyardlıq təhdidi: Hörmüz boğazı dünya üçün niyə bu qədər əhəmiyyətlidir?
İran, ABŞ və İsrail arasında fevralın 28-dən başlayan müharibə dünya neft bazarına ciddi zərbə vurub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, İranın dünyanı...