Vasili Utkinin vəfatından sonra miras işi açılıb
Moskvada məşhur idman şərhçisi Vasili Utkinin vəfatından sonra miras işi açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Hüquqi sənədlərdə "Vasili Vyaçeslavoviç Utkin... miras işi Moskvada açılıb" ifadəsi yer alıb.
Vasili Utkin 19 mart 2024-cü ildə, 53 yaşında dünyasını dəyişib. O, 23 martda Balaxışidəki Müqəddəs Məryəmin Doğuluşu Kilsəsinin yanındakı Nikol-Trubetskoy bələdiyyə qəbiristanlığında dəfn olunub.
Utkin 1990-cı illərin ortalarında NTV və "NTV-Plus" kanallarında futbol şərhçisi kimi tanınmağa başlayıb. O, televiziyada "Futbol Klubu" verilişinin aparıcısı olub. Telekanaldan ayrıldıqdan sonra eyni adlı proqramı YouTube kanalında davam etdirib.
2017-ci ildə kommentatorluq fəaliyyətini dayandırdığını elan etsə də, 2018-ci ildə Dünya Çempionatı zamanı Rusiya millisinin oyununu şərh etmək üçün efirə qayıdıb. Həmin il "Eqrisi" futbol komandasının prezidenti olub. Komanda Medialiqada çıxış edir.
Oxşar xəbərlər
Lukaşenko ABŞ ilə razılaşmalar çərçivəsində 31 Ukrayna vətəndaşını əfv edib
Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin mətbuat...