Ukrayna FPV dronlar daşıyan pilotsuz katerini təqdim edib
Ukraynada "Magura V7" adlı yeni nəsil pilotsuz katerin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, bu kater eyni anda altı FPV tipli dron daşımaq imkanına malikdir.
Yayılan fotoda katerin üzərində FPV kvadrokopterlər üçün nəzərdə tutulmuş altı konteyner görünür.
Ehtimal edilir ki, bu qurğu yalnız daşıyıcı rolunu oynamır, eyni zamanda dronların uzaq məsafələrdə istifadəsini təmin edən retranslyator funksiyasını da yerinə yetirə bilər.
Bununla yanaşı, daha əvvəl Ukraynaya məxsus oxşar pilotsuz katerlərin texniki xüsusiyyətləri ilə bağlı məlumatlar da açıqlanmışdı. Bildirilirdi ki, belə qurğular 400 kilometrə qədər məsafə qət edə və 150 kiloqrama qədər partlayıcı yük daşıya bilir.
Oxşar xəbərlər
KİV: ABŞ Pakistandakı danışıqlarda İrandan öz vətəndaşlarının azad olunmasını tələb edəcək
ABŞ aprelin 11-də Pakistanda keçiriləcək sülh danışıqları zamanı İranda saxlanılan vətəndaşlarının azad edilməsi məsələsini qaldırmağı planlaşdırır. BAKU.WS "Re...