Türkiyəyə "qara qış" gəlir - Temperatur kəskin şəkildə düşəcək

Qonşu Türkiyədə oktyabrın 17-dən etibarən havanın temperaturu 6-12 dərəcə enəcək, soyuq və yağışlı hava hökm sürəcək.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Həmçinin, 13 əyalət üçün sarı kodlu xəbərdarlıq edilib.
Bildirilib ki, Mərmərənin şərqində, Qara dənizdə, İç Anadolunun şimalında, Şərqi Anadoluda (Malatya istisna olmaqla) və Cənub-Şərqi Anadolunun şimal və şərqində hava yağıntılı olacaq.
Qara dəniz sahilləri, Şərqi Anadolunun şərqi, Cənub-Şərqi Anadolunun şərqi və Sakarya ətraflarında şiddətli olacağı gözlənilən yağıntının ümumiyyətlə yağış və leysan xarakterli olacağı deyilir.
Arabir tufan, leysan xarakterli olacaq, rayonların daxili seqmentlərində isə sulu qar yağacağı gözlənilir. Şərqi Qara dəniz və Şərqi Anadolunun şimal-şərq seqmentlərində də yağıntının qar şəklində olması gözlənilir.
Bütün ölkə ərazisində havanın temperaturunun nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi (6-12°C) və mövsümi normadan soyuq keçəcəyi təxmin edilir.
Oxşar xəbərlər
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
ABŞ dörd fiziki şəxsə və 12 şirkətə qarşı sanksiya tətbiq edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında d...
