Türkiyədə zəlzələ fırtınası - ölkə beşik kimi silkələnir
Türkiyədə son günlər ard-arda baş verən zəlzələlər əhali arasında narahatlıq yaradıb.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, İstanbul, Bingöl, Kütahya, Amasya və Muğla ətrafında baş verən yeraltı təkanlar insanların təşvişə düşməsinə səbəb olub. 23 Apreldə qeydə alınan 6,2 bal gücündəki zəlzələdən sonra İstanbullular gərginlik içindədir. Yeni təkanlar artıq bir aya yaxındır davam edir.
Titrəyişlər təkcə İstanbulla məhdudlaşmır, eyni zamanda Aralıq dənizi, Egey və Daxili Anadolu bölgələrində də hiss olunur. Son olaraq gecə saatlarında Muğlanın Datça sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ ətraf vilayətlərdə də hiss edilib.
Mütəxəssislər Marmara və Egey bölgələrindəki seysmik aktivliyin diqqətlə izlənilməsinin vacibliyini vurğulayırlar. Xüsusilə Marmara dənizində baş verən təkanlar, bölgədəki fay xətlərinin aktiv olduğunu göstərir. Əhalinin zəlzələ zamanı və ondan sonra necə davranmalı olduqları ilə bağlı maarifləndirilməsi və rəsmi qurumların xəbərdarlıqlarını izləməsi böyük əhəmiyyət daşıyır.
Bu cür hallarda hazırlıqlı olmaq insan tələfatının və maddi ziyanın qarşısını almaqda həyati rol oynayır. Rəsmi qurumların məlumatlarını izləmək və zəruri tədbirləri görmək bu prosesdə ən düzgün yanaşma hesab olunur
Oxşar xəbərlər
"İkinci əl" şkaf alan kişi içindən 7,5 milyon dollar PUL TAPDI
ABŞ-də 500 dollara "ikinci əl" şkaf alan kişi içərisində 7,5 milyon dollar olan seyf tapıb. BAKU.WS xəbər verir ki,bu barədə "Metro" nəşri məlumat yayıb. Məluma...