Türkiyədə telefona zəlzələ bildirişi gəldikdən 18 saniyə sonra yeraltı təkanlar oldu
23
apr
2025
23:03
İzmirdə yayım aparan şəxsin telefonuna zəlzələ olacağına dair bildiriş gəldikdən 18 saniyə sonra yeraltı təkanlar baş verib.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bildirişdə zəlzələnin İstanbulda olacağına dair məlumat yer alıb və ehtiyatlı olmaq məsləhət görülüb.
Bildirişi alan şəxs 18 saniyə sonra zəlzələnin baş verdiyini hiss edib və təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, aprelin 23-də İstanbulda 6.2 bal gücündə zəlzələ olub. Zəlzələ İzmir, Balıkesir, Çanakkale və Uşak vilayətlərində də hiss edilib.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....