Türkiyədə havanın temperaturu iqlim normasından yüksək olacaq

Temperaturlar iqlim normasından 4-5 dərəcə yüksək olacaq.
BAKU.WS xəbər verir ki, Türkiyə üzrə təsirini göstərən isti hava dalğasının daha bir həftə davam edəcəyi gözlənilir.
Bu barədə Türkiyənin Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozu Mütəxəssisi Mehmet Özdemirci məlumat verib.
Son proqnozlara əsasən, ölkə üzrə yağış gözlənilmir və hava temperaturu iqlim normasından yuxarı olacaq.
Özdemirci bildirib ki, cümə axşamından etibarən şimal bölgələrdə temperatur enəcək və iqlim normalarına yaxınlaşacaq. Lakin daxili və şərq bölgələrdə istilik normasından yuxarı olaraq qalacaq.
Meteoroloq qeyd edib ki, ölkə üzrə temperatur iqlim normasından 4-5 dərəcə yüksəkdir və isti hava dalğası daha bir həftə təsirini göstərəcək.
Özdemirci xüsusilə daxili, qərb və cənub bölgələrdə havanın 35 dərəcəni keçəcəyini vurğulayıb və günəş şüalarının ən dik gəldiyi 12:00–16:00 saatları arasında vacib olmadıqca çölə çıxmamağı tövsiyə edib.
Oxşar xəbərlər
Keniyada sabiq baş nazirin yas mərasimində izdiham: Ölənlər və çoxlu yaralılar var
Keniyanın vəfat edən keçmiş baş naziri Raila Odinqa ilə Kisumi şəhərindəki stadionda oktyabrın 18-də keçirilən vida mərasimində yaşanan izdiham zamanı yüzlərlə...
