Türkiyədə 1,7 milyard dollarlıq böyük qızıl yatağı tapılıb
Türkiyənin Sivas vilayətində dəyəri 1,7 milyard dolları aşan yeni qızıl yatağı aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı ölkənin mədən şirkəti "Ermaden" yayıb.
Məlumata görə, yeni yataq Sivas vilayətinin Kangal rayonunda yerləşir. Onun ümumi potensial həcmi təxminən 424 min unsiya (12 ton) qızıl olaraq qiymətləndirilir. Hazırkı birja dəyərlərinə əsasən, yatağın ümumi bazar qiyməti 1,7 milyard dollar təşkil edir.
"Ermaden" şirkətinin məlumatına əsasən, yataq 5,8 min hektardan çox sahəni əhatə edir. Bu ərazidə 360 nöqtədə qazma işləri aparılıb və nümunələr götürülüb. Analizlər göstərib ki, burada 14 milyon ton filiz ola bilər və onun hər tonunda orta hesabla 0,89 qram qızıl mövcuddur.
Şirkətdən bildirilib ki, hazırda geoloji kəşfiyyat və sıxlaşdırılmış qazma işləri davam edir. Mənbələrin həcmi və potensialı müstəqil beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir.
Qeyd edək ki, son aylarda Türkiyədə mədən sənayesi sahəsində aktivlik artıb. Ötən ay Sverdlovsk vilayətində yeni qızıl hasilat fabriki tikilməyə başlayıb, həmçinin Avstraliya və ABŞ nadir metalların – qalium, neodim və prazeodim – birgə hasilatı barədə razılıq əldə edib.
Oxşar xəbərlər
Kamerunda etirazlar qanla nəticələndi: ölənlərin sayı 48-ə çatdı
Kamerunda prezident seçkilərinin nəticələrinə qarşı keçirilən hökumət əleyhinə aksiyalar getdikcə daha da gərginləşir. Birləşmiş Millətlər Təşkilatının (BMT) mə...