Türkiyə avro ödəniş zonasına qoşulmaq istəyir

Türkiyə avro ödəniş zonasına qoşulmaq istəyir
Dünya 24

Türkiyə Avropa İttifaqının vahid avro ödəniş zonasına (SEPA) qoşulmaq üçün rəsmi müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə Aİ–Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun yekunlarına dair birgə bəyanatda qeyd olunub.

Məlumata görə, Ankaranın Avropa Ödənişlər Şurasına göndərdiyi rəsmi məktubda ölkənin vahid avro ödəniş zonasına qoşulmaq istəyi ifadə olunub.

Bildirilib ki, bu addım transsərhəd ödənişləri daha sürətli, təhlükəsiz və səmərəli edəcək, eyni zamanda Türkiyə ilə Avropa İttifaqı arasında ticarət və investisiya əməkdaşlığının inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, 2026-cı ilin aprelində Macarıstan da gələcəkdə avroya keçmək niyyətini açıqlamış, lakin bundan əvvəl ölkə iqtisadiyyatının vəziyyətinin ətraflı təhlil ediləcəyini bildirmişdi.

Xatırladaq ki, Bolqarıstan 2026-cı il yanvarın 1-dən rəsmi olaraq avro valyutasına keçib. Bununla da avrodan istifadə edən ölkələrin sayı 21-ə çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər