Tanınmış aktyor: "Üzüm iflic olduğu üçün işə gedə bilmədim"

Tanınmış aktyor Mert Yazıcıoğlu şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, aparıcı Ahmet Mümtaz Taylanın "Empati" proqramına qonaq olan aktyor illər əvvəl üzünün iflic olmasından danışıb. Sözügedən bədbəxt hadisə 2021-ci ildə yaşanıb.

"Sol qulağəmad 30 faiz eşitmə problemi yarandı. Üzüm iflic oldu. "Rottweiler" cinsinə aid bir it əlimdən dişlədi. Eşitmə qabiliyyətinin itirilməsi qulağımda yaranan cingilti ilə başladı. Üz iflici isə Bodrumda sürətli küləkli nəticəsində yaşandı. Boynum, sonra dilim tutuldu. Nevroloq dostuma zəng etdim. Ertəsi səhər üzümün sağ tərəfi hərəkət etmirdi. Növbəti gün üzüm iflic olduğu üçün işə gedə bilmədim. 6 aylıq müalicədən sonra yaxşı oldum".
Xatırladaq ki, Mert Yazıcıoğlu bir müdddət əvvəl "Kızıl Qoncalar" serialında çəkilib.

Oxşar xəbərlər
İran Natanzdakı nüvə obyektinə zərbə endirilməsini təsdiqlədi
İsrail Müdafiə Ordusunun (SAXAL) hücumu nəticəsində Natanz şəhərində yerləşən nüvə obyektinin zədələndiyi təsdiqlənib. Bu barədə İranın Atom Enerjisi Təşkilatı...
