Sudanın paytaxtı Xartumda hava hücumu: 10 nəfər ölüb, 30 nəfər yaralanıb
Sudanın paytaxtı Xartumun cənubunda həyata keçirilən hava hücumu nəticəsində ən azı 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Hücumun Al-Sahrij stansiyasını hədəf aldığı bildirilir.
BAKU.WS xəbər verir ki, Cənubi Xartum Təcili Yardım Xidmətindən verilən açıqlamaya görə, hücum Xartumun cənubunda yerləşən Mayo məhəlləsində baş verib:
"Al-Sahrij stansiyasını hədəf alan hava hücumu nəticəsində 10 nəfər həyatını itirib, 5-i birinci dərəcəli yanıq olmaqla 30 nəfər yaralanıb".
Açıqlamada qeyd olunub ki, Al-Sahrij stansiyası bir ay ərzində artıq üçüncü dəfə bombalanır. Ərazidə bazar və çoxlu restoranların yerləşməsi səbəbindən hücum zamanı çox sayda mülki şəxsin olduğu bildirilib.
"Al-Rakoba" xəbər portalının məlumatına əsasən, yaralananların əksəriyyəti hadisə yerindən təxminən 4 kilometr məsafədə yerləşən Beşir Xəstəxanasına çatdırılıb. Hücuma görə məsuliyyəti isə hələ heç bir tərəf üzərinə götürməyib.
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı bir neçə sanksiyasını ləğv edib
ABŞ Rusiya əleyhinə sanksiyalar siyahısından yeddi hüquqi və iki fiziki şəxsi çıxarıb. BAKU.WS xəvər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlə...