Bir dükanla başladı, indi 82 ölkədə 35 mindir

Bir dükanla başladı, indi 82 ölkədə 35 mindir
Foto
Dünya 73

"Əvvəlcə 1 dükanımız var idi. Daha sonra sayımızı 6-ya çatdırdıq. İndi 82 ölkədə 35 min ünvanımız var. Təsəvvür edin "Starbucks" Sakit Okeanın cənub bölgəsindədir".

BAKU.WS xəbər verir ki, bunu "Starbucks"ın həmtəsisçilərindən biri Zev Siegl "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O, bildirib ki, "Starbucks"ı yaratmağa qərar verəndə 26-27 yaşlı cavan olub:

"O vaxt biz həyatımızı dəyişməkdə maraqlı idik. Üçümüz birgə universitet oxuyurduq. 1970-ci illərdə birgə nahar edərdik. Bir gün qərar verdik ki şirkət açaq. Problem o idi ki ideyamız yox idi. Siyahı hazırladıq ki hansı işlərə başlaya bilərik.

Siyahıda ilk yeri kofe hazırlamağa verdik. Çünki üçümüz də kofeni sevirdik. Araşdırma apardıq ki görək yaxşı kofe yaxşıdır. Araşdırdıq və kofe biznesi ilə bağlı heç bir minus aşkarlamadıq. Və beləcə kofe biznesinə keçməyə qərar verdik. Biz ilk olaraq biznesimizlə sağ qalıb batmamağı hədəfləmişdik".

Zev Siegl deyir ki, o, hələ də "Starbucks"ı birgə qurduğu universitet yoldaşları ilə yaxşı dostdur.

Siegl 70-ci illərin əvvəllərində biznes qurmağın indiki qədər sadə olmadığını dilə gətirir:

"Bu gün sahibkarlar üçün xüsusi proqramlar hazırlanır. Əgər hansısa tədbirə gedib desən ki, "mən sahibkaram", deyəcəklər "Oradan otutma, Buradan otur". O vaxt isə belə şey yox idi. Biz həmin vaxt bir qədər fərqli idik. Sistemə qarşı gedirdik".

"Bizim ilk kofeşopumuz belə görünürdü. Özümüz onları düzəldib quraşdırmışıq. Sizcə bunu niyə özümüz etdik? Çünki pulumuz yox idi (gülür).

Əvvəlcə 1 dükanımız var idi. Daha sonra sayımızı 6-ya çatdırdıq. İndi isə 82 ölkədə 35 min ünvanımız var. Təsəvvür edin "Starbucks" Sakit Okianın cənub bölgəsindədir", - deyə brendin qurucusu qeyd edib.

Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Banu Hüseynli

Son xəbərlər