Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib
30
avq
2026
17:30
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində azı 7 nəfər həyatını itirib, 237 nəfər isə xilas edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hadisədən sonra ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Hazırda daha 23 nəfərin tapılması və xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Xilasedici qruplar dənizdə itkin düşən şəxslərin axtarışını davam etdirir.
Oxşar xəbərlər
İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil
Tehran Fars körfəzi regionunda münaqişənin həlli ilə bağlı nəticə verməyən danışıqları və müharibəni sonsuzadək davam etdirmək niyyətində deyil. BAKU.WS "Report...