Rusiyada MMA döyüşçüsü sevgilisini iplə bağlayıb saatlarla döydü
Rusiyanın Tver vilayətində 25 yaşlı Dağıstan əsilli gənc mənzildə bağlı vəziyyətdə olan sevgilisini bir neçə saat ərzində döyüb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya DİN-in regional idarəsi məlumat yayıb.
Məlumata görə, 19 dekabr tarixində dağıstanlı 20 yaşlı sevgilisinin evində olub. Onların arasında münaqişə yaranıb, bundan sonra qonaq qızı bağlayaraq bir neçə saat ərzində ona qarşı amansız zorakılıq tətbiq edib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Həkimlər onda üz sümüklərinin sınıqları, hematomalar və kəllə-beyin travması aşkar ediblər. Qadın əməliyyat olunub və onu uzunmüddətli müalicə gözləyir.
Dağıstanlı gənc saxlanılıb. O, peşəkar MMA döyüşçüsüdür. Bildirilir ki, idmançı dörd saat ərzində sevgilisinə işgəncə verib.
Şübhəli Moskva vilayətindəki yaşayış yerində tapılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Polis əməkdaşları onun həbs edilməsi ilə bağlı məhkəməyə vəsatət qaldırıblar.
Oxşar xəbərlər
"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib
Rusiyanın Xalq artisti, tanınmış aktrisa Vera Alentova 83 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə aktrisanın uzun illər fəaliyyət göstərdiy...