Rusiyada deportasiya rejimində olan miqrantlara nəzarət gücləndirilir
Rusiyada deportasiya rejiminə məruz qalan miqrantlara dövlət nəzarətinin gücləndirilməsi məqsədilə polis əməkdaşlarına geniş səlahiyyətlər veriləcək.
Bu barədə BAKU.WS TASS-a istinadən məlumat verir.
Yeni qanuna əsasən, polis əməkdaşları belə şəxslərin faktiki yaşadığı mənzillərə və digər yerlərə maneəsiz daxil ola biləcəklər. Sənədin təsbit etdiyi normalar martın 5-dən qüvvəyə minəcək.
Bundan əlavə, hüquq-mühafizə orqanları Rusiya və xarici dövlətlərin hakimiyyət orqanlarından lazımi məlumat, sənədləri, o cümlədən kommersiya, bank və vergi sirlərini tələb etmək hüququ əldə edəcək. Həmçinin, banklardan miqrantların hesabları, onların nömrələri və hesablar üzrə maliyyə əməliyyatları barədə məlumatlar ala biləcəklər.
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 5-dən etibarən deportasiya rejimində olan əcnəbiləri texniki vasitələrlə izləmək imkanına sahib olacaqlar. Bu tədbirlər, həmçinin həmin şəxslərə "Rusiya ərazisində qalmaqda yardım göstərən" fiziki və hüquqi şəxslərə də şamil ediləcək.
Polis əməkdaşlarına mobil cihazlar, geolokasiya məlumatları, ödəniş sistemləri və üztanıma texnologiyalarından istifadə hüququ da veriləcək.
Oxşar xəbərlər
Zelenskidən acı etiraf
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib. BAKU.WS xəbər verir ki, o,...