Rusiya və İran arasında yeni sazişlə bağlı TƏFƏRÜAT açıqlandı
Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İslam Respublikası XİN-in rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.
Onun sözlərinə görə, İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var.
"Onun mühüm hissəsini ticarət və iqtisadiyyat, energetika, həmçinin müdafiə və təhlükəsizlik məsələləri təşkil edir. Bu saziş 2001-ci ildə (Moskva və Tehran arasında qarşılıqlı münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında) mövcud müqaviləni yeniləyəcək və tamamlayacaq", - deyə diplomat həftəlik brifinqdə bildirib.
Baqainin sözlərinə görə, son 20-30 ildə İran və Rusiya əməkdaşlığın həcmini əhəmiyyətli dərəcədə genişləndirib, buna görə də sənədi yeniləmək zərurəti yaranıb.
Daha əvvəl İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirmişdi ki, Rusiya-İran müqaviləsi 2025-ci il yanvarın 17-də Moskvada iki ölkə prezidentlərinin danışıqları zamanı imzalanacaq.
Oxşar xəbərlər
İran Suriyadan əsas qüvvələrini çıxarıb
İranyönümlü silahlı birləşmələrin əksəriyyəti Suriyanın keçmiş dövlət başçısı Bəşər Əsədin qaçmasından sonra Suriyanı tərk edib. Oxu.Az-ın verdiyi məlumata görə...