Rusiya və ABŞ zərbə endirilməsinə qadağa qoyulan obyektlərin siyahısını razılaşdırıb
 
                            Rusiya və ABŞ zərbə endirilməsinə müvəqqəti qadağa tətbiq ediləcəyi enerji infrastrukturu obyektlərinin siyahısını razılaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Siyahıya daxildir: neft emalı zavodları, neft və qaz kəmərləri, anbarlar, nasos stansiyaları, elektrik stansiyaları, yarımstansiyalar və transformatorlar da daxil olmaqla elektrik enerjisinin istehsalı və ötürülməsi obyektləri, nüvə elektrik stansiyaları və su elektrik bəndləri.
Müvəqqəti moratorium martın 18-dən qüvvəyə minib və uzadılma imkanı ilə 30 gün üçün nəzərdə tutulub. Tərəflərdən biri tərəfindən pozuntu baş verdikdə, digərinin buna əməl etməkdən imtina etmək hüququ vardır.
Oxşar xəbərlər
MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər
İsrailin baş naziri Benyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışan general-mayor Roman Hofman ölkənin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın növbəti rə...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    