Rusiya nümayəndə heyəti Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Dəməşqə gedib
Rusiya nümayəndə heyəti Dəməşqə səfər edib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Bu, Bəşər Əsədin ötən ilin dekabrında Suriya prezidenti postunu tərk edərək ölkədən qaçmasından sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.
Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib.
Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından ötən gecə rekord həcmdə neft daşındığını bildirib. BAKU.WS xəbər verir ki, Tramp bu barədə İllinoys ştatına yola...