Rusiya məxfi görüntüləri yaydı - 9 May ərəfəsində...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 9 May – Qələbə Günü ərəfəsində Ukraynanın tapşırığı ilə müxtəlif obyektlərə od vuran şəxslərin saxlanılması və dindirilməsi ilə bağlı görüntülər yayımlayıb.
BAKU.WS xəbər verir ki, FSB-nin İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, dindirmə zamanı saxlanılanlardan biri törətdiyi cinayətə telefon fırıldaqçıları tərəfindən məcbur edildiyini bildirib. Həmçinin onların telefonlarında Ukrayna kuratorları ilə yazışmalar nümayiş etdirilib.
Bundan əvvəl FSB açıqlamışdı ki, xüsusi xidmət əməkdaşları Rusiyanın üç regionunda altı nəfəri saxlayıb. Bildirilib ki, həmin şəxslər telefon dələduzlarının təsiri altına düşərək, Kiyevin göstərişi ilə nəqliyyat infrastrukturu obyektlərinə və 9 Mayla bağlı dekorasiyalara od vurublar.
Oxşar xəbərlər
100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanları...