Rusiya hökuməti WhatsApp-a tam bloklanma ilə hədələyib
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "WhatsApp" messencerinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib və onu tam bloklamaqla hədələyib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Qeyd olunur ki, "WhatsApp" Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirmədiyi təqdirdə ölkə ərazisində tamamilə bloklana bilər.
Məlumata görə, xidmət ardıcıl şəkildə qanun pozuntularına yol verdiyi üçün məhdudiyyətlər tətbiq olunur. Söhbət internet-kommunikasiyalar sahəsində Rusiya qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsindən gedir.
Cümə günü Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondunun müşahidə şurasının rəhbəri German Klimenko bəyan edib ki, Rusiyada WhatsApp-ın bloklanması qaçılmazdır - bu, yaxın vaxtlarda da, bir ildən sonra da baş verə bilər.
Onun sözlərinə görə, messencer ən azı beş qanunu pozur və bloklanma üçün kifayət qədər əsas mövcuddur. O bildirib ki, WhatsApp-ın gələcək taleyi birbaşa rusiyalıların yerli MAX messencerinə nə qədər tez uyğunlaşacağından, onun nə dərəcədə rahat və effektiv olacağından asılıdır.
Oxşar xəbərlər
Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...