Romada iki bölgə "qırmızı zona" elan olunacaq

Romada iki bölgə qırmızı zona elan olunacaq
Dünya 155

İtaliya paytaxtı Romanın "Termini" dəmir yolu stansiyasının ərazisi və Esquilino rayonu "qırmızı zona" elan olunacaq.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu addım Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində paytaxtı ziyarət edəcək turist və zəvvarların təhlükəsizliyini təmin etmək üçün atılır. "Qırmızı zona" kimi müəyyən edilən ərazilərdə və digər məntəqələrdə təhlükəsizlik qüvvələrinin sayı xeyli artırılacaq.

Daxili İşlər Nazirliyi daha əvvəl analoji addımı Florensiya, Boloniya, Milan və Neapolda atıb. Nazirliyin məlumatına görə, 2023-cü ilin əvvəlindən bu vaxtadək hüquq-mühafizə orqanları, yerli polis və digər qurumların şəxsi heyətindən ibarət ümumilikdə 14,3 min bölmənin iştirakı ilə 198 fövqəladə yüksək riskli əməliyyat keçirilib. Bundan başqa, 158 min 850 subyekt yoxlanılıb ki, onlardan 67 min 656 nəfəri əcnəbidir. Nəticədə 504 nəfər həbs edilib, 1579 nəfərə xəbərdarlıq olunub, 82 əcnəbi ölkədən çıxarılıb, 79 silah ələ keçirilib, 23 min 276 nəqliyyat vasitəsi və 1846 dövlət müəssisəsi yoxlanılıb, 138 qeyri-qanuni işçi müəyyən edilib.

Son xəbərlər