"Qalaktika Qatili" qara dəlik kəşf edilib
James Webb Kosmik Teleskopu "Qalaktika Qatili" qara dəliyini kəşf edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, James Webb Kosmik Teleskopundan alınan məlumatlar, superkütləvi qara dəliklərin qalaktikalarda ulduz əmələ gəlməsi üçün lazım olan qazı məhv edərək, faktiki olaraq qalaktikaları "öldürdüyünü" ortaya qoyub.
Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq qrup Böyük Partlayışdan iki milyard il sonra yaranan bu qalaktikanı Webb Teleskopu ilə araşdırıb.
Mərkəzində superkütləli qara dəliyə malik olan bu qalaktika "çökmüş" vəziyyətdə idi, yəni yeni ulduz əmələ gəlməsi böyük ölçüdə dayanmışdı.
Məlum olub ki, qara dəlik qalaktikadan yüksək sürətlə qaz çıxarır və bu, yeni ulduzların əmələ gəlməsini dayandırır.
Bu qalaktika rəsmi adı GS-10578 olan, lakin müşahidəçi alim Pablonun şərəfinə "Pablonun Qalaktikası" adlandırılan böyük qalaktikadır.
Kütləsi Günəşinkindən təxminən 200 milyard dəfə böyük olan bu qalaktikadakı ulduzların çoxu 12,5-11,5 milyard il əvvəl əmələ gəlib.
Webb Teleskopu ilə aparılan müşahidələr göstərirdi ki, qalaktika saniyədə min kilometrə qədər sürətlə böyük miqdarda qaz çıxarır.
Bu sürət qazın qalaktikanın cazibə qüvvəsindən qaçmasına imkan verir.
Komanda müəyyən edib ki, qara dəlik qalaktikadan böyük miqdarda qaz ataraq yeni ulduzların yaranmasının qarşısını alır.
Bu yeni kəşf qara dəliklərin qalaktikalara təsirini daha aydın şəkildə ortaya qoysa da, elm dünyası qara dəliklərin qalaktikalarda ulduz əmələ gəlməsini necə dayandırdığını anlamaqda irəliyə doğru bir addım atıb
Oxşar xəbərlər
Hindistan XİN səfiri və bir neçə diplomatı Kanadadan geri çağırmaq qərarına gəlib
Hindistan Xarici İşlər Nazirliyi ölkənin Kanadadakı səfiri Sancay Kumar Varmanı və bir neçə digər diplomatı təhlükəsizliklə bağlı narahatlıqlara görə geri çağır...