Pakistan Hindistan aerodromunun məhv edildiyini açıqlayıb
10
may
2025
09:09
Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr Xidməti Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala şəhərində aerodromun məhv edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Pakistan Silahlı Qüvvələrinin Hindistanın üç nəzarət-buraxılış məntəqəsini məhv etdiyi də bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan ordusu Hindistana qarşı "Banyan ul Marsus" ("Güclü Divar") adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Təhlükəsizlik mənbələri bunun Yeni Dehlinin "uzun sürən təxribatlarına" birbaşa cavab olduğunu bildirib.
Oxşar xəbərlər
Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı
Rusiya Prezidenti Vladimir Putin ordunun şəxsi heyət sayının artırılmasına dair fərman imzalayıb. Yeni qərarla Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyəti 2...