Özbəkistanın ən iri yataqlarından birində neft sızması baş verib
Özbəkistanın cənubunda yerləşən və ölkənin ən böyük karbohidrogen yataqlarından biri sayılan "Müstəqilliyin 25 ili" yatağında neft tərkibli mayenin səthə çıxması qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə dekabr ayının sonunda baş verib. Neft sızmasının qarşısını almaq məqsədilə sızma nöqtəsi ətrafında və axarın keçdiyi ərazi boyunca əlavə qoruyucu hovuzlar inşa olunub.
Nazirlikdən bildirilib ki, toplanan neft tərkibli maye fasiləsiz olaraq xüsusi sahəyə daşınır. Həmin ərazidə həcmi 5 min kubmetr olan, xüsusi izolyasiya edilmiş iki şlam hovuzu mövcuddur. Bu hovuzlar neft mayesinin təhlükəsiz saxlanılmasına və gələcəkdə səmərəli istifadəsinə imkan verir.
Qeyd olunub ki, insidentin nəticələrinin aradan qaldırılması zamanı sənaye və ekoloji təhlükəsizlik tələblərinə ciddi əməl edilir, eyni zamanda neft tərkibli mayedən nümunələr götürülərək analiz aparılır.
"Müstəqilliyin 25 ili" yatağı 1975-ci ildə kəşf edilib. Onun ehtiyatları 150 milyard kubmetr təbii qaz həcmində qiymətləndirilir. Layihə çərçivəsində qaz emalı kompleksinin tikintisi də nəzərdə tutulub.
Oxşar xəbərlər
Tramp: Venesuela ABŞ bazarı üçün 50 milyon barrelədək neft verəcək
ABŞ Prezidenti Donald Tramp Venesuela rəhbərliyinin Amerika Birləşmiş Ştatlarına satış məqsədilə 30–50 milyon barrel həcmində neft tədarük etməyə razılaşdığını...