NATO-da Mark Rütteyə ləqəb verilib
NATO-nun baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampla olan ziddiyyətləri yumşaltmaq bacarığına görə qeyri-rəsmi olaraq "ailə psixoloqu" ləqəbini qazanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi adının açıqlanmasını istəməyən yüksəkrütbəli diplomata istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, İrandakı müharibə ABŞ lideri Donald Trampın Avropa liderləri - məsələn, İtaliyanın Baş naziri Corcia Meloni və ya Böyük Britaniyanın sabiq rəhbəri Kir Starmerlə münasibətlərini pisləşdirib. İyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bu fikir ayrılıqlarının yenidən gündəmə gəlməsi və münaqişənin daha da kəskinləşməsi ehtimalı olduqca yüksəkdir.
"Mən bunun baş verməyəcəyinə nikbin baxıram, çünki düşünürəm ki, liderlər nəyin təhlükə altında olduğunu yaxşı anlayırlar. Lakin əgər belə bir hal yenə də baş verərsə, hər şeyi yoluna qoymaq üçün bizim hər zaman "ailə psixoloqu"muz Mark Rütte var", - deyə adı açıqlanmayan NATO diplomatı vurğulayıb.
Oxşar xəbərlər
Moskvada Marqarita Simonyana sui-qəsddə təqsirləndirilən şəxslərə hökm oxundu
Rusiyanın paytaxtı Moskvada hərbi məhkəməsi RT telekanalının baş redaktoru, jurnalist Marqarita Simonyana sui-qəsd cəhdi işi üzrə təqsirləndirilən 12 nəfəri 20...