Narinin ölümü ilə bağlı saxlanılanların sayı 24-ə çatdı
19 günlük axtarışlardan sonra meyiti tapılan Narinə görə ittiham edilən şəxslərin sayı 24-ə çatıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 8 yaşlı Narinin cəsədinin torbanın içində çay yatağında tapılması istintaqın hələ uzun müddət davam edəcəyini göstərib.
Türkiyənin ədliyyə naziri Yilmaz Tunc hadisənin dərindən araşdırılması üçün əllərindən gələnin ediliyini bildirib:
"İstintaqın hazırkı mərhələsində saxlanılan şəxslərin ifadələri davam edir. Hər bir təfərrüat dəqiqliklə, tək-tək araşdırılır və əldə edilən dəlillərə uyğun olaraq saxlanılanların sayı açıqlanıb.
Onların sayı 24-ə yüksəldi. Bu ağrılı hadisəyə aydınlıq gətirmək və faktları üzə çıxarmaq üçün bütün təfərrüatlar qətiyyətlə araşdırılır, zərif övladımızın ölümünə səbəb olanlar ədalət qarşısında cavabdehlikdən qaça bilməyəcəklər".
Nəzarətə alınanlar arasında Narin Güranın anası, atası, iki böyük qardaşı, üç əmisi və əmisi S.G.-nin də anası var. Şübhəlilər barəsində jandarmada əməliyyatlar davam etdirilir.
Narinin meyiti iri daşlarla gizlədilmiş torbada tapılıb. İlkin ehtimallara görə Narin Güran boğularaq öldürülüb.
Oxşar xəbərlər
Polşa Ukraynaya yeni helikopterlər verib
Polşa Ukraynaya iki "Mi-8" helikopteri və bir "Bell 412" helikopteri təhvil verib. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar...