Müctəba Xamenei atasının dəfn mərasimində iştirak edəcəkmi?
Yeniliklərdən dərhal xəbərdar olun
İranın hazırkı ali rəhbəri Müctəba Xamenei rəsmi şəxslərə atası - sabiq ali lider Əli Xamaneinin dəfn mərasiminə qatılmaq niyyətində olduğunu bildirib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki əməkdaşına və mərasimin təşkilində iştirak edən şəxsə istinadən xəbər yayıb.
Məlumata əsasən, Müctəba Xamenei iyulun 9-da Məşhəd şəhərində keçiriləcək dəfn mərasimində iştirak etməyi və atasının cənazəsi üzərində cənazə namazı qılmağı planlaşdırır.
Qəzet onu da yazıb ki, təhlükəsizlik xidmətinin nümayəndələri İsrailin mərasim zamanı ona sui-qəsd cəhdi edə biləcəyindən və ya gizləndiyi yerə qədər hərəkət marşrutunu izləyəcəyindən ehtiyatlanaraq, hələlik bu təşəbbüsü qəbul etmirlər.
Xatırladaq ki, dünən Tehranda Əli Xameneinin vida mərasimi başlayıb. Onun cənazəsi iyulun 9-da Məşhəddə İmam Rza türbəsində torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır
Rusiyada əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasını nəzərdə tutan inzibati xətaların siyahısı noyabrın 3-dən etibarən iki dəfə genişləndirilərək 45-ə ça...