Məşhur boyunbağı şok qiymətə satıldı - 4,8 milyon
Kraliça II Yelizabetin tacqoyma mərasimində taxılan sirli bir boyunbağı Cenevrədə hərraca çıxarılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, boyunbağı 4,8 milyon dollara satılıb.
18-ci əsrə aid, təxminən 300 karatlıq almazlarla bəzədilmiş bu antik boyunbağının təxminən 1,8 ilə 2,8 milyon dollar arasında satılması gözlənilirdi.
Ancaq gərgin rəqabətdən sonra yekun qiymət vergilər və komissiyalar daxil olmaqla 4,26 milyon İsveçrə frankına satılıb.
Boyunbağı telefon vasitəsilə təklif verən anonim alıcıya çatdırılıb.
Qeyd edək ki, hərracdan bildirilib ki, üç sıra almazın uclarında püsküllərlə tamamlandığı bu boyunbağının yarım əsrdir, bir Asiya kolleksiyasında qorunduğunu və nadir bir əsər kimi bugünkü hərracda ilk dəfə nümayiş etdirildiyini açıqlayıb. Açıqlamada "Bu möhtəşəm antik zinyət əşyası tarixin inanılmaz bir şahididir" deyə bildirilib.
Oxşar xəbərlər
Kallas: Aİ etirazların amansız yatırılımasına görə İrana qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı (Aİ) İrandakı etirazların genişmiqyaslı və amansız yatırılmasına cavab olaraq İrana qarşı yeni məhdudiyyətlər hazırlayır. BAKU.WS "Report"a isti...