Məşhur aparıcının 5 ay əvvəl pula görə qaçırılan anası öldü
Məşhur amerikalı teleaparıcı Savanna Qatrinin təxminən 5 ay əvvəl qaçırılan anası Nensi Qatri ilə bağlı şok təfərrüat bəlli olub.
BAKU.WS "CNN"ə istinadən xəbər verir ki, bir qrup şəxs aparıcının anasını 5 ay əvvəl qaçırıb.
Son göndərilən məktubda isə artıq onun öldüyü qeyd edilib.
Cinayətkarlar tərəfindən göndərilən ilk mesajda aparıcıdan milyonlarla dollar fidyə tələb olunurdu.
Lakin qısa müddət sonra media qurumlarına daxil olan ikinci məktubda fidyəçilər Nensi Qatrini qəsdən öldürmədiklərini, onun qaçırıldıqdan dərhal sonra dünyasını dəyişdiyini iddia ediblər.
İstintaq qrupu hər iki mesajın da birbaşa qaçıran şəxslər tərəfindən göndərildiyini və real olduğunu düşünür.
Fevralın 1-də evinin təhlükəsizlik kameralarına düşən, silahlı və maskalı bir şəxs tərəfindən qaçırılan Nensi Qatridən 20 həftədən çoxdur ki, heç bir xəbər yox idi.
İşə rəhbərlik edən Pima Rayon Şerif Departamenti məsələ ilə bağlı CNN-ə verdiyi açıqlamada araşdırmanın aktiv şəkildə davam etdiyini bildirsə də, fidyə məktubları ilə bağlı sualları cavablandırmaqdan yayınıb və mövzunu FBI-a yönəldib.
Federal Təhqiqat Bürosunun Finiks ofisi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama vermir.
Oxşar xəbərlər
Odessada günəşlənən qadın dron hücumuna məruz qaldı
Ukraynanın Odessa şəhərində çimərlik ərazisinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. BAKU.WS xəbər verir ki, hadisə zamanı günəş vannası qəbul ed...