Mark Zukerberq Instagram-ın inkişafını əngəlləməkdə ittiham olundu
ABŞ Federal Ticarət Komissiyasının (FTC) "Meta" şirkətinə qarşı açdığı məhkəmə prosesində Instagram-ın həmtəsisçisi Kevin Sistrom ifadə verib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Verge" nəşri yazıb.
Kevin Sistrom bildirib ki, 2012-ci ildə fotoşəkil paylaşım platforması "Meta" tərəfindən alındıqdan sonra şirkətin rəhbəri Mark Zukerberq bilərəkdən Instagram-ın inkişafını məhdudlaşdırıb.
Onun sözlərinə görə, Zukerberq "Instagram" üçün həyati əhəmiyyət daşıyan resurslar və investisiyaların ayrılmasına mane olub. O, Facebook-un əsas sosial şəbəkə kimi populyarlığının zərər görəcəyindən ehtiyatlanıb.
Instagram-a hətta video məzmunun inkişafı və ya istifadəçi təhlükəsizliyinin təmin olunması kimi prioritet sahələrdə belə, Facebook-la müqayisədə daha az maliyyə və insan resursu ayrılıb.
Sistrom həmçinin deyib ki, "Instagram" "Facebook" üçün ciddi rəqibə çevrilməyə başladıqda hər iki platformanın qarşılıqlı inkişafına şərait yaradan funksiyalar (məsələn, kross-postinq) da Zukerberq tərəfindən dayandırılıb.
Məhkəmədə Sistrom o fikri də səsləndirib ki, "Instagram" müstəqil şəkildə də böyük uğur qazana bilərdi. O və digər həmtəsisçi Mayk Kriger 2018-ci ildə şirkətdən ayrılıblar. Onlar Zukerberqin xidmətin gündəlik idarəçiliyinə müdaxiləsindən və Instagram-a kifayət qədər investisiya qoymaq istəməməsindən narazı olduqlarını bildiriblər.
Sistromun açıqlamaları, Mark Zukerberqin daha əvvəl məhkəmədə dedikləri ilə ziddiyyət təşkil edir. Zukerberq iddia edib ki, Instagram-ın uğur qazanmasında Facebook-un resursları və infrastrukturu əsas rol oynayıb.
Qeyd edək ki, məhkəmə prosesi hələ də davam edir.
Xatırladaq ki, bu yaxınlarda Instagram-da videolar üçün yeni funksiya istifadəyə verilib.
Oxşar xəbərlər
Şimali Koreya ABŞ şirkətlərinə qarşı genişmiqyaslı kiberhücum həyata keçirib
Şimali Koreya ilə əlaqəli hakerlərin minlərlə ABŞ şirkətinin istifadə etdiyi proqram təminatına sızaraq iri miqyaslı tədarük zənciri hücumu həyata keçirdiyi bil...