Mahaçqaladakı partlayışda ölənlərin sayı 12 nəfərə çatıb, 4 nəfər isə xəstəxanadadır
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 4 zərərçəkən isə xəstəxanalarda qalır.
BAKU.WS report-a istinadən xəbər verir ki,bu barədə jurnalistlərə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağır qiymətləndirilir. Onların hər biri lazımi tibbi yardımla təmin olunub.
Qeyd edək ki, ötən gün Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
*** 09:18
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Cümə günü, sentyabrın 27-də Novı Xuşet kəndinin döngəsi yaxınlığındakı "Plus" yanacaqdoldurma məntəqəsində bir neçə partlayış baş verib.
Hazırda 22 zərərçəkən məlumdur, onlardan 11-i ölüb, ikisi uşaqdır.
Məlumata görə, hadidəyə səbəb qaz balonunun partlaması ola bilər. Hadisə yerində yanğın başlayıb və onun sahəsi 500 kvadratmetri keçib.
Hadisə şahidlərinin Qazeta.Ru-ya verdiyi məlumata görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin yanında yerləşən yaşayış binaları silkələnib.
Oxşar xəbərlər
KİV: Qəzza üzrə razılaşmalarla bağlı danışıqlarda irəliləyiş əldə edilib
Qəzzada radikallar tərəfindən saxlanılan girovların azad olunması ilə bağlı razılaşmalar üzrə Dohada aparılan danışıqlarda irəliləyiş əldə edilib. BAKU.WS "Repo...