Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəd bölgələrinə, həmçinin Karib dənizi və Atlantik sahillərinə 25 min hərbçinin yerləşdirilməsinə göstəriş verib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciəti zamanı danışıb.
"Mən sülh zonasını, Karib sahillərini, eləcə də Nueva Esparta, Sucre və Delta Amakuro əyalətlərinin Atlantik sahillərini qorumaq məqsədilə sürətli cavab qüvvələrinin gücləndirilməsi üçün Milli Bolivar Silahlı Qüvvələrindən 25 min əsgər və zabitin yerləşdirilməsini tapşırdım", – deyə Maduro bildirib.
Prezidentin sözlərinə görə, bu addımın əsas məqsədi ölkənin suverenliyini müdafiə etmək, milli təhlükəsizliyi möhkəmləndirmək və sülhün qorunmasına dəstək olmaqdır.
Oxşar xəbərlər
ABŞ-nin Texas ştatında 5 bal gücündə zəlzələ baş verib
ABŞ-nin Texas ştatında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, yeraltı təkanların episentri Spearm...